İddialara görə, Rusiya Silahlı Qüvvələri yaxın gələcəkdə Avropa ərazisində özünü tapa bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Drezdendə çıxışı zamanı deyib.
Fransa lideri hesab edir ki, “Rusiya sabah burada (Avropada) ola bilər”. Bildirilir ki, Makron eyni zamanda təcili olaraq Ukraynaya dəstəyi artırmağa və Avropanın müdafiəsini gücləndirməyə çağırıb.
Almaniya mətbuatı Fransa liderinin bu çıxışını "Makron Rusiya ilə müharibədən qorxur" kimi ifadələrlə qiymətləndiriblər.