Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, rayon sakini, 1996 -ci il təvəllüdlü Məmmədov Namiq Mahir oğlu özünü asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xanlar Qaraca