Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə Qəbiristanlığında Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş 2 hərbçimizin nəşi dəfn olunub. Qeyd edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan 73 nəfərdən birinin 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz açan Şirinov Nazim Şirin oğlu, digərinin isə 19 fevral 1973-cü ildə Siyəzən rayonunda anadan olan Xəlilov İsmayıl Tofiq oğlu olduğu müəyyənləşib. 

"Unikal" xəbər verir ki, polis sıralarında baş çavuş rütbəsində xidmət edən Nazim Şirinov 23 oktyabr 1993-cü il tarixində Füzuli şəhərində şəhid olub və Füzuli rayonunun adsızlar qəbiristanlığında naməlum şəhid kimi dəfn olunub. 

Birinci Qarabağ müharibəsi başlayan zaman könüllü şəkildə ordu sıralarına qoşularaq cəbhəyə yollanan İsmayıl Xəlilov isə ağır döyüşlər zamanı şəhid olub və Tərtər Şəhidlər Xiyabanında naməlum əsgər kimi dəfn olunmuşdu. 

Araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Millət vəkili Ceyhun Məmmədov, Səbail RİH-nin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib. Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.   

Dəfn mərasimində şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

***11:50

Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi məlum olan 73 nəfərdən biri də 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz acan Şirinov Nazim Şirin oğludur. O, 1993-cü il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid hərbçimizin nəşinin qalıqları Füzulidə adsız qəbiristanlıqda tapılıb. Aprel ayında kimliyi məlum olan baş polis çavuşunun qalıqları iyunun 7-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, şəhidin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Mehdiabada ailə üzvlərinin yaşadığı evə gətirilib. Burada vida mərasimi təşkil edilib. Cənazə namazı qılınıb şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin qısa və şərəfli həyat yolundan danışıblar.

Sonra iştirakçılar Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanına üz tutublar.

Şəhid Şirinov Nazim Şirin oğlunun nəşinin qalıqları hərbi orkestrin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dualar oxunub.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və qəsəbə sakinləri iştirak ediblər.