Çinin ən hündür şəlaləsi kimi təqdim edilən suyun saxta olduğu üzə çıxıb. 

"Unikal" xəbər verir ki, Yuntay dağ şəlaləsinin əslində təbii olmadığı və suyun boru vasitəsilə təmin edildiyi üzə çıxıb. Milyonlarla turistin ziyarət etdiyi məkanın əsl siması reaksiyalara səbəb olsa da, səlahiyyətlilər üzr istəyərək borunun mövsümi dövrlərdə şəlalənin suyun səviyyəsini saxlamaq üçün istifadə edildiyini iddia edib.