Qaxda iri gövdəli ağaclar aşıb, magistral yol bağlanıb.

"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında əsən güclü külək nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində iri gövdəli ağaclar magistral yola aşıb.

Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Seymur Əli