Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Sanitar-Təmizlik İdarəsinin rəisi Arzu Qurbanov vəzifəsindən azad olunub. Onun yerinə isə Ramin Talıbov təyin edilib.

Digər sərəncamla Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi Anar Həziyev işdən çıxarılıb. İdarənin yeni rəisi Arzu Qurbanov təyin olunub.