Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilir.

DİM-dən "Unikal"a verilən məlumata görə, imtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təşkil olunur.

Qabiliyyət imtahanları hazırda DİM-in “Youtube” kanalında canlı yayımlanır.

İmtahanlarda iştirak etmək üçün 108 bakalavr qeydiyyatdan keçib. İmtahanlar saat 9:30-da başlanıb və 18:00-dək davam edəcək.

Qeyd edək ki, Musiqi sənətinə aid 68-ci proqram üzrə qeydiyyatdan keçmiş bakalavrlar üçün aşağıdakı imtahanlar təşkil olunur:

İnstrumental ifaçılıq (fortepiano, violin, violonçel, gitara, fleyta, klarnet, truba, tuba, qoboy, zərb alətləri üzrə);

Solooxuma (akademik vokal, milli vokal, xanəndəlik, aşıq sənəti );

Dirijorluq (xor dirijorluğu, xalq çalğı alətləri orkestrinin dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu);

Estrada sənəti (vokal və fortepiano, fleyta, tar alətləri üzrə);

Xalq çalğı alətləri ifaçılığı (tar, kamança , qanun, saz).