Keçmiş aktrisa və hazırda xeyriyyə işləri ilə məşğul olan Qamze Özçelik ailə qurub.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa bosniyalı aktyor Rəşad Striklə nikaha daxil olub.

1981-ci ildə Avstraliyanın Kanberra şəhərində anadan olan Rəşad Strik "Filinta" və "Diriliş Ertuğrul" kimi məşhur seriallarda çəkilib.

Qamze Özçelik daha əvvəl "Arka sokaklar" serialının tanınmış aktyoru Uğur Pektaşla ailəli olub. Cütlüyün bir oğlu var.