İldırım vurması nəticəsində həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Elşən Baxışlı və əsgər Əli Nağıyevin dəfn yeri müəyyənləşib.

“Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki,  mayor Elşən Baxışlı Tərtər rayonunda, əsgər Əli Nağıyev isə Gəncə şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olublar.