Rusiyanın Şebekino rayonunda 4 nəfər Ukraynanın atdığı mina nəticəsində yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında bildirib.
Bildirilib ki, yaralılardan biri "Rossiya 24" telekanalının operatorudur: "Operator qarın boşluğundan və sol çiynindən qəlpə yaraları alıb, o, rayon mərkəzi xəstəxanasına çatdırılıb və orada əməliyyat olunur".
Ağarza Elçinoğlu