Finlandiya Müdafiə Nazirliyi Rusiya təyyarəsinin hava sərhədlərini pozmaqda şübhəli olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Rusiya təyyarəsi Finlandiya körfəzində Finlandiya hava məkanını pozmaqda şübhəli bilinir", - mesajda deyilir.
Qeyd olunur ki, iddia edilən hava məkanının pozulması iyunun 10-da səhər saatlarında baş verib. Finlandiya əlavə edib ki, Rusiya təyyarəsi təxminən iki dəqiqə ölkənin hava məkanında olub.