Ağstafada yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə Ağstafa şəhərində qeydə alınıb. "İsuzi" markalı sərnişin avtobusu "QAZEL" markalı yük maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov