"Qarabağ"ın Portuqaliyanın "Vizela" komandasından transfer etdiyi qapıçı Fabiyan Buntiçin müqaviləsinə xüsusi bənd daxil edilib.
"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi gələcəkdə xorvatiyalı qolkiperi başqa kluba satarsa, sabiq komandasına həmin satışdan pay verəcək.
Tərəflər arasında əldə olunmuş razılığa əsasən, Portuqaliya təmsilçisinə müəyyən məbləğdə ödəniş ediləcək.
Lakin 27 yaşlı qapıçının Azərbaycan çempionu ilə imzaladığı 3 illik müqavilənin maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, Almaniya vətəndaşlığı da olan Fabiyan Buntiç bu ölkənin “İnqolştadt” klubunun da formasını geyinib. O, həmçinin Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.