Üzü gizlədən paltarların geyinilməsini qadağan edən qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim olunub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KV məlumat yayıb.
Aşağı palatanın deputatı Mixail Matveyev bildirib ki, sənədin hazırlanması müsəlman qadınların yalnız gözlərini açıq qoyan ənənəvi baş geyimi olan niqab taxmağın qanuniliyi ilə bağlı ictimai müzakirələrlə müşayiət olunub.
Qanun layihəsi İnzibati Xətalar Məcəlləsinə 10 ilə 15 min rubl arasında cərimə nəzərdə tutan maddənin daxil edilməsini nəzərdə tutur. Sənədin mətninə görə təkrar pozuntuya görə cərimə 15 ilə 30 min rubl arasında olacaq.
Qanun layihəsində müsəlmanlar və ya dini komponentlər haqqında bir söz də yoxdur. Qeyd olunur ki, qanunun müəllifləri ictimai təhlükəsizlik mülahizələrini rəhbər tutublar.
Ağarza Elçinoğlu