Yevlaxda bank kartından pul oğurlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə vətəndaşa məxsus kart hesabından 905 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahmar Nərimanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.