Azərbaycanın Baş naziri Əli Əsədov həmkarı Mixail Mişustini Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik edib.

"Unikal"ın məlumatına görə, məktubda Əli Əsədov qeyd edib ki, iki xalqı birləşdirən çoxəsrlik dostluq telləri, mehriban qonşuluq və qarşılıqlı anlaşma Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığın bünövrəsidir.

İki ölkə arasında geniş spektrdə, o cümlədən ticarİ-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoqun və səmərəli əməkdaşlığın xüsusi məmnunluq doğurduğu vurğulanıb.

Ə.Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.