“Sumqayıt” komandası futbolçusu Abu Dosso ilə yollarını ayırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, kot-d’İvuarlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti başa çatıb.

Qeyd edək ki, A.Dosso ötən mövsümün əvvəlindən “gənclik şəhəri” təmsilçisinin uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçı olmaqla, ümumilikdə 32 oyunda meydana çıxıb. 28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.