AzTV-də yayımlanan “Fransanın Tunisi” adlı sənədli filmdə tarixin dəhşətli soyqırımına şahidlik edən şəxs danışıb.

"Unikal" xəbər verir ki, o zaman 14 yaşında olan Məhəmməd Tibi Fransanın Tunisi bombaladığı anlarda yaşadığı faciənin dəhşətlərini xatırlayıb.

"Sakier Sidi Youssef" soyqırımının şahidi müəllimi tərəfindən xilas edildiyini və yaşıdlarından bir neçəsinin nəşini gördüyünü bildirib.