Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donbasa səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, çox yaxın gələcəkdə Donbasa səfər etmək arzusunda olduğunu bildirib: "Ümid edirəm ki, yaxın vaxtlarda ora səfər edəcəm və Xarici İşlər Nazirliyinin nümayəndəliklərində çalışanlarla danışacam".
Bundan əlavə, Rusiya diplomatik departamentinin rəhbəri cəbhə xəttindəki insanlarla ünsiyyət qurmaq arzusunu da ifadə edib.
Ağarza Elçinoğlu