Slovakiyanın keçmiş müdafiə naziri Yaroslav Nagy Ukraynaya MiQ qırıcılarının təhvil verilməsinə görə vətənə xəyanətdə şübhəli bilinib.
"Unikal" xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Robert Kaliniak məlumat yayıb. O, bildirib ki, eks-nazirə qarşı iddia qaldırılacaq.
O, Nagyinin hərəkətlərinin Slovak ordusunun kəskin zəifləməsinə səbəb olduğunu vurğulayıb. Sabiq nazirin bu hərəkəti isə birbaşa konstitusiya pozuntusudur. Qeyd edək ki, daha əvvəl təyyarələrin Ukraynaya ötürülməsi qanunsuz elan edilib. MiQ-29 qırıcıları 2023-cü ildə Kiyevə göndərilib.
Ötən ilin sonunda Slovakiyanın 13 hərbi yardım paketi çərçivəsində Kiyev rejiminə verdiyi silahların ümumi dəyərinin 671 milyon avro təşkil etdiyi bildirilib.
Gülayə Mecid