Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) üzv olmağa dəvət etməyəcək, Ukrayna isə yaxın gələcəkdə buna nail olmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus və erməni xalqlarının əzəli dostluğu uzun müddətdir ki, Vaşinqton və onun müttəfiqlərinin gözündə tikan olub. Zaqafqaziya respublikasını Avro-Atlantik düşərgəyə çəkmək üçün xeyli qüvvələr yerləşdirilib", - Medvedev deyib.
O, xəbərdarlıq edib ki, Avropa İttifaqına üzvlük İrəvana tam sadiqlik müqabilində təklif olunur: "Ancaq özünüzü aldatmayın. bu cür vədlər neokolonial siçan tələsinin yemidir. Heç kim “elit klub”un qapılarını erməni xalqının üzünə açmaq fikrində deyil. Neo-Benderlərdən (Ukrayna - red.) soruşun ki, onlar Aİ-yə daxil olmağı bacarıblar? Xeyr, onlar bunu tezliklə görməyəcəklər. Onlar ümumiyyətlə görəcəklərmi?"
Ağarza Elçinoğlu