Həştərxanın rəhbəri Oleq Polumordvinov vəzifəsindən getdiyini elan edib.
"Unikal" xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.
“Özüm üçün vacib və çətin bir qərar verdim. Mən şəhər rəhbəri vəzifəsindən istefa verməyə məcburam”, – o, qeyd edib.
Polumordvinov həştərxanlılara birgə işlərinə, biznesdə və səylərdə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Oleq Polumordvinov 29 aprel 2022-ci ildən şəhərin meri vəzifəsini icra edir. Bundan əvvəl o, 2015-ci ilin martından 2018-ci ilin oktyabrınadək şəhər administrasiyasına rəhbərlik edib.
Gülayə Mecid