Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təmin olunacaq. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən "Unikal"a verilən məlumata görə, abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması  məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.

Abonentlərdən xahiş olunur içməli və tullantı su şəbəkələrində yaranan problemlərlə əlaqədar  955 Zəng Mərkəzinə müraciət etsinlər.