Mingəçevirdə idaretmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə Naxçıvan küçəsində baş verib.

Belə ki, idarəetmədən çıxan "Xəzər" markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü 2003-cü il təvəllüdlü Nihad Məmmədov xəsarət alıb, o xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov