Almaniyanın "Borussiya Dortmund" komandasının yeni baş məşqçisi məlum olub.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu postda türkiyəli mütəxəssis Nuri Şahin gətirilib. Onunla 2027-ci ilədək müqavilə imzalanıb.
O, bu vəzifədə ötən gün istefaya göndərilən Edin Terziçi əvəzləyib.
Qeyd edək ki, Nuri Şahin daha əvvəl Bundesliqa təmsilçisində Edin Terziçin köməkçisi işləyib.