“Trabzonspor” heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi Antoni Nvakaemenin transferini tamamlayıb. İlkin açıqlamada nigeriyalı hücumçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. 

Qeyd edək ki, A. Nvakaeme 2018-2022-ci illərdə “Trabzonspor”un formasını geyinib. Həmin illər ərzində 145 matça çıxaraq 47 qol vurub və 40 qolun ötürməsini edib.