Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başa çatıb.
"Unikal" xəbər verir ki, Münxen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşü almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Almaniya millisinin qollarını 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala, 45+1-ci dəqiqədə Kai Haverts, 69-cu dəqiqədə Niklas Füllkruq və 90+3-cü dəqiqədə Emra Can vurublar.
Şotlandiyanın yeganə qoluna isə 87-ci dəqiqədə avtoqol müəllifi olan Antonio Rüdiger imza atıb.
Qeyd edək ki, qrupun digər oyunu bu gün Macarıstan və İsveçrə arasında olacaq. Görüş Bakı vaxt ilə saat 17:00-da start götürəcək.