"Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda getmiş döyüşlərdə şəhid olmuş şəxslərin və qazilərin ailələrinə dəstəyini davam etdirir.
"Unikal" xəbər verir ki, Qurban bayramı ilə əlaqədar olaraq Kürdəmir, Şamaxı və Ağsu rayonlarında yaşayan 100-ə yaxın şəhid və qazi ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin dəstəyi ilə baş tutmuş yardım kampaniyasında Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin regional filiallarının və icra nümayəndələri, eləcə də bankın əməkdaşları iştirak ediblər, şəhid və qazi ailələri ilə görüşərək söhbət ediblər.
Qeyd edək ki, Rabitəbank korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirləri həyata keçirib. Bank öz ənənəsinə sadiq qalaraq, bundan sonra da bu cür təşəbbüskar addımlar atmağa davam edəcək.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.