2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Şamaxı" heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Adil Nağıyevlə razılığa gəlib.

29 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanıb.