Baş həkimə qarşı dələduzluq edən şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Məhərrəmov Cənnət Elşən oğlunun məhkəmə prosesinə hakim Vüqar Quliyev sədrlik edəcək və məhkəmənin hazırlıq iclası iyun ayının 21-nə təyin edilib.
Qeyd edək ki, Cənnət Quliyev Happy Smile Diş Klinikasının baş həkimi Qurbanova Natəvan Mirtahir qızına qarşı dələduzluq edib.
Seymur Əli