Şəmkirdə azyaşlını maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə Şəmkir şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21015" markalı minik maşını 5 yaşlı Amin İslamlını vurub.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov