Ermənistanın hakim partiyası parlamentin Baş nazir Nikol Paşinyanın istefasını müzakirəyə çıxaracağı növbədənkənar iclasda iştirak etməyəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, iclasın baş tutması üçün yetərincə səs toplanmayıb.
Parlamentin spikeri Alen Simonyan bildirib ki, 4 saat ərzində lazımi sayda səs toplanarsa, iclas davam etdiriləcək.
Qeyd edək ki, 107 deputatı olan parlamentdə Paşinyan fraksiyasının 71 mandatı var. Müxalifət ötən həftə parlamentdə hökumətin istefası və yeni parlamentin formalaşdırılması ilə bağlı təklif səsləndirib.