Türkiyə səlahiyyətliləri gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün ətraf mühitin mühafizəsinə dair tədbirləri davam etdirir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü ilə əlaqədar sosial şəbəkələrdə dərc olunmuş paylaşımında deyilir.
Qeyd olunub ki, təkcə son 21 ildə ölkədə 7 milyard ting əkilib.
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Türkiyə lideri bildirib.