Türkiyə millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, “ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb - 3:1.

Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Çexiya yığmaları üz-üzə gələcəklər.

*** 21:24

Türkiyə və Gürcüstan yığmalarının oyununda hesab 2:1 olub. 

"Unikal" xəbər verir ki, matçın 66-cı dəqiqəsində Türkiyə millisinin üzvü Arda Gülər möhtəşəm qolu ilə fərqlənib. 

*** 21:05

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, ilk hissədən sonra matçda hesab bərabərdir - 1:1.

Türkiyə yığmasının qoluna Mərt Müldür imza atıb. Gürcülərin heyətində isə Jorj Mikautadze fərqlənib.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

*** 20:39

Türkiyə-Gürcüstan matçında hesab bərabərləşib. 

"Unikal" xəbər verir ki, Corc Mixalkadze 32-ci dəqiqədə hesabı bərabərləşdirib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab açılıb.

"Unikal" xəbər verir ki, Mərt Müldür matçın 25-ci dəqiqəsində topu qapıdan keçirib.

Görüş davam edir.

*** 20:01

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmaları arasında oyun başlayıb.

"Unikal" xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

*** 19:31

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Mərt Günok, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Mərt Mülder, Arda Gülər, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kənan Yıldız, Barış Alpər Yılmaz.

Baş məşqçi: Vinçentso Montella.

Gürcüstan: Giorgi Mamardaşvili, Solomon Kverkveliya, Quram Kashia, Laşa Dvali, Otar Kakabadze, Anzor Mekvabişvili, Giorgi Tsitaişvili, Giorgi Qoçoraşvili, Giorgi Çakvetadze, Xviça Kvaratsxeliya, Jorj Mikautadze.

Baş məşqçi: Villi Sanyol.