Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutan Türkiyə - Gürcüstan matçının ən yaxşısı Türkiyə komandasının futbolçusu Arda Gülər seçilib.
"Unikal" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc futbolçu Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri görüşün 65-ci dəqiqəsində baxımlı qolla yadda qalıb.
Bundan başqa, yarımmüdafiəçi qitə birinciliklərində qol vuran ən gənc futbolçu adına yiyələnib və Kriştianu Ronaldonu geridə qoyub.
Ronaldo 2004-cü ildə Portuqaliyada keçirilən AÇ-də qol vurarkən 19 yaş 128 günlüyündə idi.