Türkiyənin “Fənərbağça” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
"Unikal" xəbər verir ki, İstanbul nəhəngi bu raundda İsveçrənin “Luqano” komandası ilə qarşılaşacaq. “Sarı-lacivərdlilər” ilk görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də baş tutacaq.