“Zirə” klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
"Unikal" xəbər verir ki, Bakı təmsilçisinin mümkün rəqibi İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində müəyyənləşib.
I təsnifat mərhələsində “Şerif” komandası ilə qarşılaşacaq “qartallar” Moldova klubunu keçəcəyi təqdirdə, II raundda “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.