Gəncədə zəncivari qəza olub.

"Unikal" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Porsche" "Opel" "VAZ 2107" və "Jeep "markalı minik maşınları toqquşub.

Qəza zamanı 4 avtomobilə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.

İlkin məlumata görə, avtomobillərdən biri dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov