Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.
"Unikal" xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qarşılaşmada hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabinan Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.
Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.