ABŞ ordusu Suriyada İŞİD-in yüksək rütbəli nümayəndəsini məhv edib.

"Uniikal" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"İyunun 16-da Mərkəzi Komandanlıq Suriyada İŞİD-in yüksək rütbəli funksioneri Usamə Camal Məhəmməd İbrahim əl-Cənabini hava zərbəsi nəticəsində məhv edib. Onun ölümü təşkilatın resursları təmin etmək və terror hücumları həyata keçirmək qabiliyyətini sarsıdacaq" deyə qeyd edilib.

Məlumata əsasən, zərbə nəticəsində mülki əhalinin tələfatı barədə məlumat daxil olmayıb.