Ermənistanın kişilərdən ibarət oxatma komandası Türkiyənin Antalya şəhərində keçirilən Paris Olimpiya Oyunlarının sonuncu reytinq turnirində iştirak ediblər.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, erməni idmançıların heç biri olimpiya oyunlarına vəsiqə qazana bilməyib.
Ermənistan Milli Olimpiya Komitəsinin informasiya agentliyi bildirib ki, erməni üçlüyü komanda yarışında 37-ci yeri tutub. Fərdi yarışda Hamlet Poqosyan 33-cü, Vasil Şahnazaryan və Andrey Hovhannisyan 57-ci yeri tutublar.
Qeyd edək ki, frərdi yarışda ilk səkkiz, komanda yarışında ilk beş yeri tutan komanda Paris Oyunlarına vəsiqə qazanıb.
Ağarza Elçinoğlu