"Real Madrid"in Türk futbolçusu Arda Gülərin boynunda medal, əlində Quran ilə çəkdirdiyi foto ortaya çıxıb.
"Unikal" xəbər verir ki, Avro 2024-də vurduğu möhtəşəm qolla hər kəsin adından bəhs etdiyi Arda Gülərin 2016-cı ilin yayında Anadolu Gənclik Dərnəyinin təşkil etdiyi tədbirlərə qatıldığı görüntülər diqqət çəkib.
Həmin vaxt cəmi 10 yaşı olan Arda Gülər təkcə istedadı ilə deyil, həm də ustalığı və nizam-intizamı ilə digər uşaqlardan seçilirmiş.
O zamanlar tədbirə rəhbərlik edən AGD rəsmisi Salih Çakır müsahibəsində həmin fotonun hekayəsindən danışıb.
Çakır "Arda təkcə istedadı ilə deyil, nizam-intizamı, oturuşu, duruşu ilə də seçilən və diqqət çəkən övladlarımızdan biri idi", - deyə bildirib. Gənc ulduzun futbola olan həvəsinə də toxunan Çakır, "Dərsdə, fasilələrdə daşdan qalalar düzəldir, dostları ilə futbol oynayırdılar. Mən də o matçların hakimi idim. O vaxt da 4-5 uşağı çalımlayıb gözəl qollar atırdı",- deyə o, əlavə edib.
Çakır, həmçinin, fotodakı medalın və Qurani-Kərimin Arda və digər uşaqlara yay fəaliyyət düşərgəsindən yadigar olaraq və "həyatlarına istiqamət vermək" üçün hədiyyə edildiyini bildirib.
Zərifə Nağıyeva