“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı funksiyasını yerinə yetirəcək. Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb.
Qeyd edək ki, əvvəllər də Tsxadadze ilə birlikdə çalışmış mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin, Gürcüstan milli komandasında fəaliyyət göstərib.