"Şirniyyat istəkləri pəhrizdə zülal çatışmazlığından yarana bilər". 

"Unikal" xəbər verir ki, bunu rusiyalı endokrinoloq Roman Teruşkin yerli mətbuata açıqlamasında deyib. 

Onun sözlərinə görə, kifayət qədər protein yemək şirniyyata olan həvəsi azaltmağa kömək edə bilər. 

"Ən çox şirniyyata artan ehtiyac pəhrizdə kifayət qədər protein olmadıqda baş verir. Protein məhsulları bizi enerji ilə təmin edir, onların olmaması bizi tez bir zamanda enerjinin “dozasını” əldə etmək üçün şirniyyat yeməyə məcbur edir”, - deyə həkim izah edib.

Bundan əlavə, bağırsaq bakteriyaları həzz hormonu olan çoxlu serotonin istehsal edir. İnsan bağırsaq mikrobları iltihabı və ya digər səbəblərdən əziyyət çəkirsə, onda daha az serotonin sintez olunur. Eyni zamanda, insan özünü bir şeylə, məsələn, şirniyyatla sevindirməyə çalışır.

Həkim vurğulayır ki, şirniyyata həvəs bir patoloji deyil, terapevt, dietoloq və ya psixoterapevtin işləməli olduğu bir simptomdur.