Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə və Portuqaliya milliləri üz-üzə gəlib.

"Unikal" xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda Portuqaliya 3 cavabsız qolla qalib gəlib.

Oyunun 21-ci dəqiqəsində Bernardo Silva hesabı açıb. Matçın 28-ci dəqiqəsində Metin Akaydın topu öz qapısına vurub. Qarşılaşmanın yekun qolunu 55-ci dəqiqədə Bruno Fernandeş reallaşdırıb.

***21:16

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, ilk yarıdan sonra Portuqaliya seçməsi 2:0 hesabı ilə qalib gəlir.

***20:30

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda hesab açılıb.

"Unikal" xəbər verir ki, Portuqaliya seçməsinin heyətində Bernardo Silva 22-ci dəqiqədə fərqlənib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

***20:06

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Altay Bayandır, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Yunus, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz, Zəki Çəlik

Portuqaliya: Dioqo Koşta, Kanselo, Pepe, Ruben Diaş, Nuno Mendeş, Bruno Fernandeş, Bernardo Silva, Palinya, Vitinya, Kriştano Ronaldo, Joao Feliks. Baş məşqçi: Roberto Martinez.

Xatırladaq ki, hər iki komanda qrup mərhələsinin birinci turunda qələbə qazanıblar. Türkiyə millisi Gürcüstanı (3:1), Portuqaliya seçməsi isə Çexiyanı (2:1) məğlub edib.