Dünən Avropa Çempionatının qrup mərhələsi çərçivəsində keçirilən Portuqaliya - Türkiyə (3:0) matçında maraqlı anlar yaşanıb.
"Unikal" xəbər verir ki, azyaşlı azarkeşlərdən birinin Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydançaya atılması oyunun dayanmasına səbəb olub.
Azyaşlı fanatının istəyini geri çevirməyən Ronaldo onunla şəkillər çəkdirib.
Daha sonra uşaq mühafizəçilər tərəfindən meydandan uzaqlaşdırılıb.