Dərbənd və Mahaçqalada polisə hücum anına aid olduğu iddia edilən görüntülər yayılıb. 

"Unikal" xəbər verir ki, görüntülər sakinlərdən biri tərəfindən qeydə alınıb. Bundan əlavə, polis Mahaçqala çimərliyində keçirdiyi əməliyyat nəticəsində 2 nəfəri saxlayıb. 

Daha 2 nəfərin zərərsizləşdirildiyi bildirilir. 

Qeyd edək ki, kilsə və sinaqoqa hücum nəticəsində 5 nəfər öldürülüb, 23 nəfər yaralanıb.