Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

"Unikal" xəbər verir ki, qətlə yetirilən polislərdən biri Eldəniz Məmmədov müğənni Elnar Xəlilovun dayısıoğludur.

Bu barədə Elnar Xəlilov öz sosial şəbəkə hesabında paylaşım edib.