"Karib dənizinin quldurları" filmində rol alan Tamayo Perri köpək balığının hücumuna məruz qalıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sözügedən film ilə tanınan xilasedici və sörf təlimatçısı Tamayo Perri köpək balığı hücumu nəticəsində ölüb.
Oahu adasının şimal sahilindəki Malaekahana çimərliyində 49 yaşlı Tamayo Perrinin cəsədi tapılıb. Yerli sörfçülər tərəfindən tapılan cəsədin bir qolu və ayağının olmadığı bildirilib.
Zərifə Nağıyeva