Londonun birjalarında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti iyunun 21-dən bəri ilk dəfə olaraq 86 dollar/bareldən yuxarı qalxıb.
"Unikal" xəbər verir ki, "qara qızıl"ın qiyməti 1,51% artaraq 86,01 dollar/barel təşkil edib.
Eyni zamanda, WTI markalı xam neftin avqust ayı üçün fyuçersləri 1,17% bahalaşaraq bir barel üçün 81,59 dollara yüksəlib.